00:00:00
Yazar
Admin User
28.10.2025 18:30 109 1 dəq oxuma
Dünya

ABŞ-də hökumətin bağlanması nüvə silahı istehsalını iflic edə bilər

ABŞ-də hökumətin bağlanması nüvə silahı istehsalını iflic edə bilər

ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyası federal hökumətin bağlanması səbəbindən 1400 işçisini məzuniyyətə göndərib. CNN-in məlumatına görə, bu vəziyyət ölkənin nüvə silahlarının istehsalı və modernləşdirilməsi planlarına ciddi zərbə vura bilər. Qalan işçilər isə Tramp administrasiyasının təzyiqi altında Pentaqona silahların çatdırılmasını sürətləndirməyə çalışırlar. Ekspertlər xəbərdarlıq edirlər ki, istehsalın hətta qısamüddətli dayandırılması belə təhlükəsizlik və texnoloji proseslərə görə aylarla, hətta illərlə gecikmələr yarada bilər.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Ceyhun Məmmədov bildirib ki, bu Amerikada zaman-zaman baş verən bir prosesdir:

 

"Yəni Amerika iqtisadiyyatı ilə bağlı cərəyan edən proseslərin tərkib hissəsidir. Bu gün bu məsələyə biz baxdıqda bir neçə məqamı nəzərdən keçirməliyik. Bu gün görülən odur ki, Amerikada dövlət aparatı kifayət qədər şişibdir. Bu artıq ciddi problemlər yaradır. Ona görə Tramp dovlət aparatının azaldılması ilə bağlı qərar qəbul edibdir. Bu qərarında əsas hədəfi və məqsədi xərclərin azaldılması, iqtisadiyyatın gücləndirilməsidir. Mən hesab etmirəm ki, bu məsələ dövlətin nəzarətindən kənardadır. Yəqin ki, bir müddətdən sonra bu məsələ ilə bağlı qərarlar qəbul ediləcək. Və bu proses strateji bir məsələdir. Həmçinin, dövlətin diqqətində olan bir məsələdir. Ona görə düşünürəm ki, burada hansısa bir problemlərin yaranmasına bir əsas yoxdur. Amerika dövləti özü bu prosesləri tənzimləyəcək".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər