00:00:00
Yazar
Admin User
17.08.2025 06:05 72 1 dəq oxuma
Dünya

ABŞ-də iki ştat Vaşinqtona qoşun göndərir

ABŞ-də iki ştat Vaşinqtona qoşun göndərir

 

Cənubi Karolina və Ohayo ştatları ABŞ prezidenti Donald Trampın paytaxtda “asayişin bərqərar edilməsi” haqqında sərəncamına dəstək olaraq Milli Qvardiya qoşunlarını Vaşinqtona göndərəcək.

 

"İnformator.az"ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə ştatların qubernatorları məlumat verib.

 

"Qubernator Henri Makmaster bu gün Cənubi Karolina Milli Qvardiyasının 200 əsgərinin Vaşinqtona göndərilməsinə icazə verib. Mühafizəçilər prezident Donald Trampın Kolumbiya dairəsində asayişin bərpası ilə bağlı sərəncamına uyğun olaraq federal hüquq-mühafizə orqanlarının səylərini dəstəkləyəcəklər", - yerli hakimiyyət orqanlarının bəyanatında deyilir.

 

Ohayo qubernatoru Mike Deuayn, öz növbəsində, 150 mühafizəçi göndərəcəyini vəd edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər