00:00:00
Yazar
Admin User
04.09.2025 03:14 106 1 dəq oxuma
Dünya

ABŞ-də itkin düşən türk alim tapılıb

ABŞ-də itkin düşən türk alim tapılıb

ABŞ-də bir müddətdir xəbər alınmayan türk alim Furkan Dölek tapılıb.


Türkiyənin Nyu-York Baş Konsulluğunun səyləri nəticəsində Dölekin Nyu-York Bufalo Federal Həbsxanasında olduğu üzə çıxıb.


Dölekin Adanadakı bacısı Esra Dölek Coşkun, 27 avqustdan bəri qardaşından xəbər ala bilmədiyini xatırladaraq, bu məsələdə köməyini əsirgəməyən bütün Xarici İşlər Nazirliyi rəsmilərinə və Türkiyənin Nyu-York Baş Konsulluğunun əməkdaşlarına təşəkkürünü bildirib.


Coşkun, qardaşının Bufalo şəhərində yerləşən həbsxanaya köçürüldüyünü, lakin hakim qarşısına çıxması üçün hələlik ona tarix verilmədiyi məlumatını paylaşıb.


Qardaşının səsinin olduqca yaxşı gəldiyini bildirən Coşkun, ilk mərhələdə məqsədlərinin Furkan Dölekin “ən qısa zamanda Türkiyəyə dönməsini təmin etmək” olduğunu qeyd edib.


Coşkun həmçinin, Döleklə bağlı prosesin Nyu-York Baş Konsulluğu tərəfindən yaxından izlənildiyini və özlərinin də bu barədə məlumatlandırıldığını vurğulayıb.


TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər