00:00:00
Yazar
Admin User
27.08.2025 16:53 58 1 dəq oxuma
Dünya

ABŞ-də katolik məktəbində atışma: 3 ölü, 20 yaralı

ABŞ-də katolik məktəbində atışma: 3 ölü, 20 yaralı

ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərindəki katolik məktəbində silahlı atışma baş verib.

"İnformator.az" xəbər verir ki, bu barədə ştatın qubernatoru Tim Uolts məlumat verib.

"Bu dəhşətli zorakılıq aktına məruz qalan uşaqlarımız və müəllimlərimiz üçün dua edirəm",- deyə o bildirib.

Uolts bildirib ki, səlahiyyətli şəxslər hadisə yerindədirlər.

Polis isə atəş açan şəxsin zərərsizləşdirildiyini açıqlayıb.

Qurbanların sayı barədə hələlik məlumat verilməyib.

***

Minnesota ştatının Minneapolis şəhərində məktəbdə baş vermiş atışma zamanı hadisəni törədən şəxs də daxil olmaqla 3 nəfər ölüb.

Bu barədə ABŞ-nin Ədliyyə Departamenti açıqlama yayıb. Hadisə zamanı 20 nəfərin də xəsarət aldığı bildirilir. Ölənlərin və cinayəti törədən şəxsin kimliyi barədə məlumat verilməyib.

Qeyd edək ki, hadisənin baş verdiyi məktəbdə 8-ci sinfə qədər uşaqlar təhsil alır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər