ABŞ-də keçirilən sorğuya görə...
ABŞ-də aparılan sorğuda iştirakçıların 56 faizinin Donald Trampın prezidentlik fəaliyyətindən məmnun olmadığı müəyyən edilib.
CBS News və YouGov araşdırma şirkəti tərəfindən keçirilən sorğuda iştirakçılara Trampın fəaliyyəti, iqtisadiyyat və miqrasiya siyasəti, gömrük rüsumları, milli təhlükəsizlik və beynəlxalq məsələlərdəki mövqeyi ilə bağlı fikirləri soruşulub.
Buna görə, iştirakçıların 67 faizi Trampın səlahiyyətlərini genişləndirdiyi qənaətindədir, 56 faizi isə prezidentlik fəaliyyətini mənfi hesab edir.
Miqrasiya siyasətində Trampın yanaşmasına qarşı çıxanların faizi 54 olub. Rusiya–Ukrayna müharibəsində Trampın səylərinin “sülhü təmin edəcəyini” düşünənlər 27 faiz təşkil edərkən, münaqişələrin davam edəcəyini proqnozlaşdıranlar 43 faiz olub.
Həmçinin, Trampın şəhərlərə Milli Qvardiya yerləşdirməsini dəstəkləməyənlərin faizi 58 olaraq müəyyən edilib.
İqtisadiyyat və inflyasiya narahatlığı önə çıxır.
İştirakçıların 64 faizi Trampın inflyasiya ilə mübarizə siyasətini təsdiqləmədiyini bildirib. Öz şəxsi maliyyə vəziyyətlərinin Tramp dövründə “daha da pisləşdiyini” deyənlərin faizi isə 50 olub.
Tramp administrasiyasının gömrük rüsumları ilə bağlı siyasəti barədə isə əhalinin 71 faizi, rüsumların qiymətləri qısa müddətdə artıracağını düşünür.
TRT XƏBƏR
Eslanda Kulieva