ABŞ-də maşın insanların arasına girib: 2 yaralı
ABŞ-nin Pensilvaniya ştatında bir avtomobil festival üçün toplaşan insanların arasına girib, ilkin məlumata görə 2 nəfər yaralanıb.
Ştat sakinləri 3 gün davam edən “Kipona Festivalı” üçün bir araya toplaşıblar.
Sürücünün avtomobili ilə festival iştirakçılarının arasına girməsi nəticəsində ilkin məlumata görə 2 nəfər xəsarət alıb.
Harrisburq polis rəsmisi Tomas Karter hadisə ilə bağlı açıqlamasında sürücünün saxlanıldığını, bir uşağın və əlil arabasındakı bir qadının yaralandığını bildirib.
TRT HABER
Solmaz Muradova