ABŞ-də parkda silahlı hücum: 2 ölü, 9 yaralı
ABŞ-nin Filadelfiya şəhərində yerləşən parkda baş verən silahlı hücum nəticəsində 2 nəfər həyatını itirib, 9 nəfər yaralanıb.
Hadisə Filadelfiya şəhərindəki Fairmount Parkda baş verib. Əraziyə dərhal polis və təcili tibbi yardım qrupları cəlb olunub.
Polisin verdiyi açıqlamaya görə, biri kişi, digəri qadın olmaqla 2 nəfər hadisə yerində həyatını itirib. Yaralanan 9 nəfər arasında 15, 16 və 17 yaşlarında olan üç yeniyetmə də var.
Hücumun səbəbi hələlik məlum deyil və bu hadisə ilə bağlı indiyədək heç kim saxlanılmayıb.
Qeyd olunur ki, Fairmount Parkda “Anma Günü” münasibətilə gün ərzində böyük hərəkətlilik müşahidə olunub.
Haber Global
Nuray Əliyeva