00:00:00
Yazar
Admin User
20.08.2025 17:08 104 1 dəq oxuma
Dünya

ABŞ-də qasırğa ilə bağlı fövqəladə vəziyyət elan edilib

ABŞ-də qasırğa ilə bağlı fövqəladə vəziyyət elan edilib

“Erin” qasırğası Karib hövzəsindən sürətlə ABŞ-nin şərq sahillərinə yaxınlaşır.

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Şimali Karolina Qubernatorluğu məlumat yayıb.

Ştat hökuməti sahil xəttinə lazımi avadanlıq və personal dəstəyini artırıb. Qubernator Coş Steyn qasırğa təhlükəsinin yaxınlaşması ilə əlaqədar ştatda fövqəladə vəziyyət elan edib. Ölçüsü və intensivliyinin artması gözlənilən qasırğanın sel və dağıntılara səbəb olacağı gözlənilir. Vətəndaşlardan təcili yardım dəstləri toplamaq və zəruri hallarda evakuasiya əmrlərinə hazır olmaq tövsiyə olunur.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər