00:00:00
Yazar
Admin User
11.09.2025 07:26 87 1 dəq oxuma
Dünya

ABŞ-də Rusiya ilə ticarət qadağası layihəsi təqdim olunub

ABŞ-də Rusiya ilə ticarət qadağası layihəsi təqdim olunub

Rusiya PUA-larının Polşa ərazisinə daxil olmasından sonra ABŞ Konqresində Moskvaya qarşı “Cekson-Venik” düzəlişinin yenidən qüvvəyə minməsini nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılıb.

 

"İnformator.az" xəbər verir ki, Nümayəndələr Palatasının üzvü Co Uilson bu barədə özünün sosial media hesabında məlumat yayıb.

 

Qeyd edək ki, 1974-cü ildə SSRİ-yə qarşı tətbiq olunan və ticarət məhdudiyyətlərini nəzərdə tutan “Cekson-Venik” düzəlişi 2012-ci ildə, Barak Obamanın prezidentliyi dövründə ləğv edilib. Co Uilson Donald Trampın bu səhvi aradan qaldıracağına ümid etdiyini bildirib.

 

Maraqlıdır ki, o vaxt məhz Co Uilson düzəlişin ləğvini dəstəkləmiş və bunun “iqtisadiyyatın inkişaf yoluna qayıtması üçün doğru addım olduğunu” demişdi.

 

Xatırladaq ki, sentyabrın 10-u səhər saatlarında Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı ölkənin hava məkanını pozan bir neçə pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb.

 

Polşanın Baş naziri Donald Tusk insidenti “miqyaslı təxribat” adlandırıb. Baltik ölkələrinin bəzi liderləri, o cümlədən Estoniyanın Baş naziri Kaya Kallas, PUA-ların Polşa ərazisinə daxil olmasını qəsdən edilmiş bir addım kimi qiymətləndirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər