00:00:00
Yazar
Admin User
26.09.2025 15:22 110 2 dəq oxuma
Siyasət

ABŞ-də vəziyyət daha da pisləşəcək

ABŞ-də vəziyyət daha da pisləşəcək

ABŞ Prezidenti Donald Tramp sentyabrın 24-də Dallasda ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin əməkdaşlarına silahlı hücumu şərh edərkən deyib ki, ABŞ-də sosial qütbləşmə problemi daha da kəskinləşəcək.


"Problemi radikal solçular yaradır və bu, daha da pisləşəcək. Nəhayət, onlara geri qayıdacaq. Demək istəyirəm ki, onlar bu oyunları oynayanda yaxşı heç nə olmur",- Amerika lideri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.


Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, bu, siyasi savaşdır:


“Birləşmiş Ştatlar Prezidenti Trampın açıqlaması Amerikada real vəziyyəti ifadə edir. Yəni biz bilirik ki, Tramp hakimiyyətə gələndən solçularla, sol radikallarla onun bir mübarizəsi var. Davamlı olaraq onlar mitinqlər edirlər. Trampın bu siyasətinə qarşı çıxırlar. Xüsusilə bu immigrasiya siyasətinə qarşı çox sərt etirazlar edirlər. Bu, əslində, bir ideoloji savaşdır, siyasi savaşdır. Çox dərin qatlara belə gedən bir savaşdır. Hətta demək olar ki, hakimiyyət uğrunda savaşdır. Bəzən bunu hətta “kürəsəlçilər”lə “ulusalçılar”ın savaşı kimi də təqdim edirlər. Anlaşılan odur ki, onlar immiqrantlar hesabına Amerikada demoqrafik tərkibi dəyişmək və üstünlük qazanmaqda ulusalçıları bir dəfəlik siyasi səhnədən çıxarmaq istəyirlər. Ulusalçılar isə, yəni Trampı dəstəkləyənlər isə bu siyasətin arxasında sol liberalların, sol radikalların durduğunu deyirlər. Kürəsəlçilərin olduğunu deyirlər və bu siyasətin Amerikanın milli kimliyinə, demokratik dəyərlərinə, o cümlədən mühafizəkar dəyərlərinə zidd olduğunu bəyan edirlər. Yəni bu ideoloji-siyasi savaş xeyli vaxtdır davam edir. Əlbəttə, Trampın bu açıqlamaları cəmiyyətdəki əleyhdarlarını bir az da aktivləşdirir, bir az da radikallaşdırır, narazı salır. Tərəfdarlarını isə formaya salır. Həm də nə baş verdiyini həm dünyaya, həm də daxili auditoriyaya bildirir. Yəni bu, onu deməyə əsas verir ki, bu savaşın səbəbi dərin qatlarda gizlənir. Yəni Tramp nə edir, etsin, mübarizə olacaq. Ona qarşı solçuların etirazı olacaq. Çünki onlar mümkün olarsa, Trampı da hakimiyyətdən uzaqlaşdırmaq və yenidən öz ideoloji baxışlarına uyğun bir hakimiyyət qurmaq qənaətindədirlər. Odur ki, biz Amerikadakı gərginliyi müşahidə edirik və yəqin ki, bu gərginlik azalmayacaq və tərəflərin güc nisbətindən asılı olacaq. Hansı tərəf daha güclü olacaqsa, əvvəl-axır o tərəf də qarşı tərəfi məğlub etməyə və hakimiyyətə gəlməyə, yiyələnməyə çalışacaq. Amma, nəzərə alsaq ki, vaxtilə Elon Maskın da belə bir açıqlaması var idi ki, əgər seçkilərdə Tramp qalib gəlməsə, ümumiyyətlə, demokratiya olmayacaq. Yalnız bir partiyalı sistem olacaq. Yəni demokratların himayəsi ilə Amerikaya gələn immiqrantlar vətəndaşlıq alacaq və beləliklə, iki partiyalı sistem Amerikada çökəcək”.


Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər