ABŞ-da 37 milyon insan yüksək hava temperaturu riski altındadır
ABŞ Milli meteoroloji xidmətinin bəyanatında deyilir ki, ölkənin şimal-qərbindəki Sakit okean sahillərindən cənub-qərbdəki səhralara və Şərqdəki Florida ştatına qədər uzanan bölgədə həddindən artıq yüksək temperatur davam edəcək.
İnformator.az TRT-yə istinadən xəbər verir ki, sözügedən ərazinin yaxınlığında yaşayan təxminən 37 milyon sakindən yarana biləcək təhlükələrə qarşı diqqətli olmaqları xahiş edilib.
Açıqlamada temperaturun həftənin sonuna qədər davam edəcəyi və isti hava ilə əlaqəli xəstəliklərin bu müddətdə arta biləcəyi qeyd edilib.
Şəbnəm
