00:00:00
Yazar
Admin User
07.08.2023 09:40 290 3 dəq oxuma
Dünya

ABŞ-da hərbçilər Çinə məxfi məlumatlar ötürüb

ABŞ-da hərbçilər Çinə məxfi məlumatlar ötürüb

ABŞ Dəniz Qüvvələrində casusluq hadisəsi baş verib. Belə ki, iki hərbçinin məxfi məlumatları Çinə ötürdüyü məlum olub.

ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi məlumatları Çinə ötürməklə ittiham olunaraq həbs ediliblər. Bu haqda ABŞ baş prokurorunun köməkçisi Mett Olsen bildirib. Onun sözlərinə görə dənizçilərin ötürdükləri məlumatlar nəticəsində “məxfi hərbi informasiyalar Çinin əlinə keçib”. İttiham olunan şəxslərdən biri 22 yaşlı Sinçou Vey ABŞ-ın milli müdafiə məlumatlarını Çinin kəşfiyyat orqanlarına göndərməkdə təqsirli bilinir. Digəri 26 yaşlı Venhen Çao isə 2021-ci ilin avqustundan 2023-cü ilin mayına qədər Hərbi Dəniz Qüvvələrinin mühüm hərbi məlumatlarını Çinə ötürməklə ittiham olunur.


Siyasi şərhçi Turan Rzayev məsələyə belə aydınlıq gətirib: “Məsələ ondan ibarətdir ki, kəşfiyyat məlumatları nə qədər detallı olarsa və ya hərbi sirləri əhatə edirsə, hərbi obyektlərə aid konkret məlumatlar olarsa, bu, bir ölkənin digər ölkənin mövcud hərbi potensialı, eyni zamanda müxtəlif gizli silahlara sahib olmasına dair informasiya əldə etməsidir. Bunun da əksinə olaraq həm qabaqlayıcı tədbirlər görülə bilər, həm də ehtimal bir gizli silahla müdafiə üçün yeni bir silahın araşdırmasına başlana bilər. Bütün hallarda kəşfiyyat məlumatları ölkələrin bir-birinə qarşı təzyiq vasitəsidir. Çin də, ABŞ da vaxtaşırı bunu bir-birlərinə qarşı edirlər”.

 

İddialarla bağlı Çinin ABŞ-dakı səfirliyi sorğulara cavab verməyib. Federal Təhqiqatlar Bürosunun xüsusi agenti Steysi Moy bildirib ki, Çin dünyanın yeganə supergücü olmaq üçün strateji planının bir hissəsi olaraq Birləşmiş Ştatlara hücum etməkdə davam edəcək. Onun sözlərinə görə, ABŞ üçün Çindən daha böyük təhlükə yoxdur. Asiya nəhəngi  Birləşmiş Ştatları dünyadakı nüfuzunun azalmasına çalışır. Çinin əsas starteji planı dünyada yeganə supergüc olmaqdır. Siyasi şərhçilər baş verən məxfi məlumat ötürülməsini gözlənilməz hadisə kimi qiymətləndirmir. Çünki həm Birləşmiş Ştatlar, həm də Çin ən müasir kəşfiyyat avadanlıqlarına malik ölkələrdir.

 

Siyasi şərhçi Turab Rzayev bildirib ki, ABŞ da təhsil alan Çin tələblər, orda çalışan Çinli fərqli işçilər və ya orda fəaliyyət göstərən Çin şirkətləri, eyni zamanda Rusiya və Fransa şirkətləri texnologiya oğurluğunu  və texnologiya transferlərini həyata keçirirlər: “Ona görə də əslində bu xəbər bizim üçün sürpriz olmadı. Daha maraqlı məqam da odur ki, ABŞ son illərdə texnologiya transferinin, ixracının qarşısını almağa çalışır. Əvvəllər ABŞ bunu bütün dünya üçün açmışdı. İndi sadəcə dost ölkələr üçün texnologiya ixracına icazə verir. Rəqib ölkələr isə bunu getdikcə daraltmağa çalışır. Ola bilsin ki, bu hadisədən istifadə edib, həm qanunvericiklikdə, həm texnologiya oğurluğuna qarşı mübarizə daha da sərtləşməyə girəcək”.

 
İddialara əsasən məxfi məlumatları əldə edən Çin kəşfiyyatçısı  Birləşmiş Ştatların dənizçisi Sinçou Veyə dəlilləri məhv etməyi və  paylaşmamağı tapşırıb. Rəsmilər bildirib ki, ötürülən məlumatlara görə hərbiçilərə böyük məbləğdə pul ödənilib. Birləşmiş Ştatların Prokurorluğu  milli təhlükəsizliyi təhdid edən hərəkətlərin qarşısını almaq üçün lazımi addımlar atılacağını açıqlayıb.

 

Arzu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər