00:00:00
Yazar
Admin User
18.01.2024 19:46 391 1 dəq oxuma
Dünya

ABŞ-da şiddətli qış şəraiti səbəbindən 6 gündə 40 nəfər ölüb, yüzlərlə reys təxirə salınıb

ABŞ-da şiddətli qış şəraiti səbəbindən 6 gündə 40 nəfər ölüb, yüzlərlə reys təxirə salınıb

Qış şəraitinin təsirli olduğu ABŞ-da 6 gündə 40 nəfər ölüb. Davamlı qar yağışı və soyuq dalğalar səbəbiylə hər saniyə donma riskinin artdığı ABŞ-da bu gün 1090 reys ləğv edilib, 3 ştatda 95 minə yaxın insan işıqsız qalıb. Ölkə mətbuatının təqdim etdiyi görüntülər kino səhnələrini xatırladır.

 

ABŞ-ın bəzi ştatlarında qış şəraiti səbəbindən 6 gündə 40 nəfər həyatını itirib. Davamlı qar yağması və soyuq hava Tennessi, Nyu-York , Arkanzas, Kanzas, Oreqon və Missisipi ştatlarında ölümlərə səbəb olub.

 

HƏYATINI İTİRƏNLƏRİN SAYI 40-A ÇATDI

Yanvarın 12-dən bəri davam edən qar yağışı və ölkənin müxtəlif bölgələrində 6 ştatı təsir edən soyuq hava səbəbindən Tennessi, Nyu-York , Arkanzas, Kanzas, Oreqon və Missisipi ştatlarında ölənlərin sayının 40-a yüksəldiyi bildirilib. Səhiyyə İdarəsi və yerli səlahiyyətlilər Tennessi ştatında cəmi 7 nəfərin öldüyü bildirərkən, digər 5 ştatda isə 14 nəfərin öldüyü açıqlanıb.

 

75 SANTİMETRDƏN ÇOX QAR YAĞIB

Meteoroloji xidmətlər, Kanada sərhədindəki Nyu-Yorkun Buffalo şəhəri ətrafına 75 santimetrdən çox qar yağdığını, nəqliyyat vasitələri ilə gediş-gəlişi demək olar ki, qeyri-mümkün etdiyini və qarla qarışan küləyin sürətinin bəzi yerlərdə saatda 65 kilometrə çatacağını bildirdi.

 

95 MİN İNSAN ELEKTRİKSİZ QALDI

ABŞ-da elektrik kəsilməsi statistikasını özündə əks etdirən Poweroutages saytında bu gün ölkənin üç ştatında qış şəraiti ilə əlaqədar 95 minə yaxın insanın işıqsız qaldığı qeyd edilib.

 

Vüqar Alışov

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər