00:00:00
Yazar
Admin User
30.01.2024 19:34 340 2 dəq oxuma
Dünya

ABŞ-dan dünyanı narahat edən açıqlama

ABŞ-dan dünyanı narahat edən açıqlama

İordaniya-Suriya sərhədindəki bazaya hücumda 3 ABŞ əsgərinin şəhid olması bölgədə əks-səda doğurub. Son hadisələri dəyərləndirən ABŞ dövlət katibi Antoni Blinken, "1973-cü ildən bəri bölgədə indi qarşılaşdığımız qədər təhlükəli bir dövr görmədik" dedi. 

 

ABŞ Dövlət Katibi Antoni Blinken oktyabrın 7-dən Suriya- İordaniya sərhədindəki Amerika bazasına hücuma qədər olan dövrü belə xarakterizə edib: 

 

“Biz o vaxtdan bəri bölgədə (Yaxın Şərq) qarşılaşdığımız dövr qədər təhlükəli bir dövr görmədik".

 

Vaşinqtonda NATO-nun baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransı keçirən Blinken, 3 Amerika əsgərinin öldüyü hücumla bağlı qiymətləndirmələr edib. Blinken 7 oktyabrda HƏMAS hücumları ilə başlayan və İsrailin hücumları ilə artan gərginliyin bölgədə ciddi gərginlik topladığını vurğulayıb.

 

Gərginliyin bütün bölgəyə yayılmasını istəmədiklərini bildirən Blinken, Amerika qüvvələrini və maraqlarını qorumaq üçün lazım olan hər şeyi etməyə davam edəcəklərini də əlavə edib.

 

ABŞ prezidenti Co Bayden, bir gün əvvəl Ağ Evdən verdiyi yazılı açıqlamada, İordaniya -Suriya sərhədindəki ABŞ hərbi bazasına pilotsuz təyyarənin birtərəfli hücumu nəticəsində 3 ABŞ əsgərinin həyatını itirdiyini açıqladı. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) da hücumda 25 nəfərin yaralandığını, daha sonra isə yaralıların sayını 34-ə çatdırdığını bildirib. Daha sonra Pentaqon yaralananların sayının 40-dan çox olduğunu açıqlayıb.

 

ABŞ rəsmiləri, xüsusilə Bayden, İranın dəstəklədiyi qrupları hücuma görə məsuliyyət daşıdığını və hücuma ABŞ-ın seçdiyi vaxt və yerdə cavab veriləcəyini bildirib. Digər tərəfdən İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani, İranın sözügedən hücumla əlaqəsi olduğu iddialarını rədd edərək, "Bölgədəki müqavimət qüvvələri qərar və hərəkətlərində İrandan təlimat almır" dedi. 

 

Vüqar Alışov

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər