ABŞ-dan təəccüblü "Rusiya" rəqəmləri
ABŞ Rusiya-Ukrayna müharibəsi başlayandan bəri 315 min rus əsgərinin öldüyünü və ya yaralandığını bildirib.
Pentaqon rəsmisi müharibənin Rusiya iqtisadiyyatına vurduğu zərərin təxmini 1,3 trilyon dollar təşkil etdiyini qeyd edir.
Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya hücumu ilə başlayan Rusiya-Ukrayna müharibəsi bütün dünyanı siyasi, hərbi və iqtisadi cəhətdən dəyişməyə davam edir. Ukraynanın ən böyük dəstəkçisi olan ABŞ, Rusiyanın “xüsusi hərbi əməliyyat” adlandırdığı müharibənin əvvəlindən Rusiyanın itkilərini açıqladı. ABŞ-ın məlumatına görə, son 2 ildə ən azı 315 min Rusiya əsgəri həyatını itirib və ya yaralanıb. Bundan əlavə, ABŞ rəsmiləri Rusiyanın Ukrayna müharibəsini davam etdirmək, əsgərləri təchiz etmək və yerləşdirmək üçün təxminən 211 milyard dollar xərclədiyini bildiriblər. Reuters-ə danışan və adının açıqlanmasını istəməyən Pentaqon rəsmisi müharibə zamanı ləğv edilən silah sifarişlərinin Rusiyaya 10 milyard dollar itkiyə səbəb olduğunu bildirib. Rusiyanın iqtisadi büdcəsini şərh edən rəsmi, müharibənin 2026-cı ilə qədər böyüyərək iqtisadi baxımdan 1,3 trilyon dollara başa gələcəyini bildirib.
Aytac Kərimova
Mənbə: Habertürk
