00:00:00
Yazar
Admin User
07.11.2025 16:55 118 2 dəq oxuma
Siyasət

ABŞ-dən Belarusa Lukaşenkonun təyyarəsi ilə bağlı jest

ABŞ-dən Belarusa Lukaşenkonun təyyarəsi ilə bağlı jest

ABŞ Maliyyə Nazirliyi Belarusa qarşı bəzi sanksiyaları yumşaldıb, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Məlumata görə, milli aviaşirkətlə bağlı məhdudiyyətlər aradan qaldırılıb və Aleksandr Lukaşenkonun Prezident təyyarəsi ilə bağlı əməliyyatlara icazə verilib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi analitik Turab Rzayev bildirib ki, burada əsas məqsəd Trampın Belarusla siyasi və ticarət əlaqələr yaratmaq, eyni zamanda iki ölkə arasında bir körpü formalaşdırmaq cəhdidir:

 

"Bu addım təkcə Belarusa yönəlməyib həm də Belarus üzərindən Rusiya ilə müəyyən iqtisadi və siyasi əlaqələri davam etdirmək niyyətini daşıyır. Trampın müəyyən vaxtlarda diplomatik jestlər göstərməsi, məsələn, məhbusların azad edilməsi kimi hadisələrini ABŞ müsbət qarşılayır. Tramp belə jestləri qiymətləndirir və bunu qarşı tərəfə qarşı pozitiv münasibət kimi görür. Məncə, bu dəfə də Belarusla bağlı atılan addım məhz bu yanaşmanın davamıdır. Xüsusilə, Delaveya qarşı sanksiyaların qismən götürülməsi bu siyasətin bir hissəsi kimi qiymətləndirilə bilər. Bununla həm Belarus üzərindən Rusiya ilə iqtisadi əlaqələri qorumaq, həm də ABŞ şirkətlərinə müəyyən iqtisadi üstünlüklər qazandırmaq məqsədi güdülür. Bu qərarın nəticəsində Belarus vasitəsilə müəyyən ehtiyat hissələrinin Rusiyaya daşınması mümkün olacaq. Bu isə, bir tərəfdən, ABŞ şirkətlərinə gəlir gətirəcək, digər tərəfdən, Rusiyada sanksiyaların təsirinin bir qədər yumşalmasına səbəb olacaq. Lakin mən düşünmürəm ki, Belarusun sanksiyalardan çıxarılması yaxın dövrdə ciddi bir dəyişiklik yaradacaq. Yəni burada nə güc balansında dəyişiklik olacaq, nə də Belarusun mövqeyində əsaslı fərq yaranacaq. Belarus yenə də Rusiyanın müttəfiqi olaraq qalacaq. Ancaq uzunmüddətli perspektivdə belə iqtisadi və diplomatik əlaqələrin inkişafı Belarusu müəyyən qədər Rusiya təsirindən uzaqlaşdıra bilər".


Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər