ABŞ-dən BMT üçün Nyu-Yorka gələn iranlı diplomatların alış-verişinə məhdudiyyət
ABŞ, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası üçün Nyu-Yorka gələn iranlı diplomatların topdansatış mağazalarından alış-veriş etməsini və dəbdəbəli məhsullar almasını məhdudlaşdırdığını açıqlayıb.
ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqott açıqlamasında bildirib ki, iranlı rəsmilərin “BMT Baş Assambleyasındakı rəsmi vəzifələrini yerinə yetirmək üçün BMT mərkəzinə gedib-gəlmələri lazım olan ərazilərlə məhdudlaşdırılacağını” qeyd edib.
Piqott, Nyu-Yorkdakı İran missiyasının əməkdaşları da daxil olmaqla, iranlı rəsmilərin ABŞ-də hər hansı topdan mağaza üzvlüyü və alış-veriş etmək üçün əvvəlcədən icazə almaq məcburiyyətində olduqlarını vurğulayıb.
Sözçü Piqott, İran xalqı çətinlik içində yaşayarkən iranlı rəsmilərin Nyu-Yorkda alış-veriş etməsinə icazə verməyəcəklərini ifadə edib.
CNN-in xəbərinə görə isə iranlı rəsmilər 1000 dollardan yuxarı saat, dəri və ipək geyimlər, kürk, zinət əşyaları, ətir, elektron cihazlar, spirtli içkilər və 60 min dollardan baha olan avtomobillər üçün əvvəlcədən icazə almalıdırlar.
TRT XƏBƏR
Lalə Qurbanlı