ABŞ-dən şok: Ukrayna və Rusiya ərazi mübadiləsi aparacaq!
Çox güman ki, atəşkəs razılaşması çərçivəsində Ukrayna və Rusiya ərazi mübadiləsi aparmalı olacaq.
"İnformator.az" xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker deyib.
Bundan əlavə, Uitaker Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinin Alyaskada keçiriləcək görüşünə qatılıb-qatılmaması ilə bağlı sualı cavablandırarkən bunun mümkün olduğunu deyib.