00:00:00
Yazar
Admin User
11.09.2025 16:37 76 1 dəq oxuma
Dünya

ABŞ-dən təhdid dolu mesaj: Müdafiə bitib, artıq hücuma keçirik!

ABŞ-dən təhdid dolu mesaj: Müdafiə bitib, artıq hücuma keçirik!

 

ABŞ Prezidenti Donald Tramp Müdafiə Nazirliyinin adının dəyişdirilməsi ilə bağlı sərəncam imzalayıb. Yeni qərara əsasən, nazirliyin rəsmi adı “Müdafiə Nazirliyi”ndən yenidən “Müharibə Nazirliyi”nə çevrilir.

 

Tramp Oval Ofisdə keçirdiyi mətbuat konfransında bildirib:

“Artıq yalnız müdafiə mövqeyində dayanmayacağıq. Qələbə qazanmaq üçün müharibə edəcəyik. Birinci Dünya müharibəsini qazandıq, İkinci Dünya müharibəsini qazandıq. Amma sonra adı dəyişdirdik və uduzmağa başladıq. İndi qələbə üçün müharibəyə qayıdırıq".

 

Qərar ABŞ Konqresində ciddi müzakirələrə səbəb olub. Hərbi ekspertlərin sözlərinə görə, bu addım Vaşinqtonun qlobal miqyasda daha hücumçu və proaktiv xarici siyasət yürütməyə hazırlaşdığının açıq göstəricisidir.

 

Xəbər Qlobal

Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər