00:00:00
Yazar
Admin User
30.08.2025 08:22 97 1 dəq oxuma
Dünya

ABŞ-dən Ukraynaya böyük dəstək: Bu silahları verir...

ABŞ-dən Ukraynaya böyük dəstək: Bu silahları verir...

ABŞ rəsmiləri Ukraynaya "Starlink" peyk rabitəsi xidmətlərinin göstərilməsinin davam etdiriləcəyini təsdiqləyiblər. Qeyd olunub ki, Kiyevə şəbəkənin işləməsi üçün zəruri avadanlıqların satılması da planlaşdırılır.

 

"İnformator.az" xəbər verir ki, ABŞ Dövlət Departamenti xidmətlərin dəyərinin təxminən 150 milyon dollar olduğunu açıqlayıb. Bununla yanaşı, Vaşinqton Ukraynaya uzaqmənzilli silahların tədarükünü də davam etdirəcək.

 

Dövlət Departamenti əlavə olaraq Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün ehtiyat hissələrinin satışını da təsdiqləyib. Bu razılaşmanın dəyəri təxminən 180 milyon dollar təşkil edir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər