ABŞ-dən vizaya 15 min dollarlıq təminat şərti
ABŞ hökumətinin yaydığı bildirişə görə, müəyyən turist və iş vizası müraciətçiləri üçün 15 min dollara qədər təminat tələb edən pilot proqram tətbiq olunacaq.
İki həftə ərzində qüvvəyə minəcək bu yeni proqram, ölkədə qalma müddətini aşan ziyarətçilərlə bağlı problemi həll etməyi hədəfləyir.
Bu təşəbbüs çərçivəsində müəyyən viza müraciətçiləri ABŞ-yə daxil olmaq üçün 15 min dollara qədər təminat ödəməli ola bilərlər.
Dövlət Departamenti, icazə verilən qalma müddətlərini aşma göstəricilərinin yüksək olduğu ölkələrdən gələnlərə veriləcək turizm və iş vizaları üçün bu təminat tələbini tətbiq edəcək.
Pilot proqramın qüvvəyə minməsindən "ən azı 15 gün əvvəl" əhatə ediləcək ölkələrin adları açıqlanacaq.
Haber Global
Xəlilli Nigar