ABŞ-dən yeni genişmiqyaslı SANKSİYALAR
ABŞ Rusiyadan Birləşmiş Ərəb Əmirliklərinə qədər təxminən 120 firma və şəxsə sanksiya tətbiq edib.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, yeni sanksiyalar həmçinin Rusiyanın onlarla mədən, texnologiya, sursat firmaları və kommersiya banklarından da yan keçməyib.
Bundan əlavə, Qırğızıstanda yerləşən bir qrup elektronika firması və onun rəhbərliyi Rusiyaya komponentlərin və digər texnologiyaların ixracatçıları kimi hədəf alınıb. Sanksiyaya Rusiyaya onlarla elektronika göndərən Birləşmiş Ərəb Əmirliklərində yerləşən mühəndislik şirkəti də məruz qalıb.
