00:00:00
Yazar
Admin User
03.09.2025 14:38 100 1 dəq oxuma
Siyasət

ABŞ-Gürcüstan hərbi tərəfdaşlığı müzakirə olunub

ABŞ-Gürcüstan hərbi tərəfdaşlığı müzakirə olunub

 

ABŞ-Gürcüstan hərbi tərəfdaşlığı müzakirə olunub.

 

"İnformator.az" "Report"a istinadla xəbər verir ki, Tbilisidə Gürcüstanın Müdafiə Nazirliyində ABŞ ilə ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.

 

ABŞ-nin Gürcüstandakı səfirliyindən verilən məlumata görə, səfir vəzifəsini icra edən Alan Pursel görüş zamanı yeni təyin olunmuş müdafiə attaşesi, polkovnik Conatan Adamsı və ABŞ Müdafiə Əməkdaşlıq İdarəsinin rəisi, polkovnik-leytenant Endryu Undervudu Gürcüstanın baş nazirinin müavini və müdafiə naziri İrakli Çikovaniyə təqdim edib.

 

Tərəflər ABŞ və Gürcüstan arasında mövcud hərbi tərəfdaşlıq, təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi və gələcək perspektivlər barədə fikir mübadiləsi aparıblar.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər