00:00:00
Yazar
Admin User
13.11.2025 18:12 119 1 dəq oxuma
Dünya

ABŞ hökuməti yenidən fəaliyyətə başlayıb, lakin siyasi gərginlik qalır

ABŞ hökuməti yenidən fəaliyyətə başlayıb, lakin siyasi gərginlik qalır

 

ABŞ hökuməti 43 gün davam edən və ölkə tarixində ən uzun fasilə sayılan bağlanmadan sonra yenidən fəaliyyətə başlayıb. Dayanma dövründə hava nəqliyyatında problemlər yaranıb, azgəlirli amerikalılara yardım kəsilib, 1 milyondan çox dövlət işçisi maaşsız qalıb.

 

Lakin hökumətin bağlanmasına səbəb olan siyasi ixtilaflar hələ də həll olunmayıb. Yeni maliyyə paketi Prezident Donald Trampın xərcləri dayandırmasının qarşısını almır və tibbi subsidiyalar məsələsini də əhatə etmir. Demokratlar arasında da fikir ayrılığı yaranıb, liberal qanad Trampa qarşı sərt addımlar tələb edir, mülayimlər isə siyasi məhdudiyyətləri vurğulayır.

Təxminən 1,4 milyon dövlət işçisinə şənbə günündən geriyə dönük maaşlar ödəniləcək. Tramp bağlanma dövründə işdən çıxardığı minlərlə işçinin yenidən vəzifəsinə qayıtmasına icazə verib.

“Reuters/Ipsos” sorğusuna əsasən, amerikalıların 50 faizi hökumətin bağlanmasına görə Respublikaçıları, 47 faizi isə Demokratları günahlandırır. Razılaşma hökuməti yalnız 30 yanvaradək maliyyələşdirir, bu da yaxın aylarda yeni bağlanma riskini artırır.


Reuters
Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər