00:00:00
Yazar
Cavahir Əsgərbəyli
04.05.2026 14:54 13 1 dəq oxuma
Dünya

ABŞ hərbçiləri Hörmüzə yaxınlaşsa, hücum edəcəyik - İran

ABŞ hərbçiləri Hörmüzə yaxınlaşsa, hücum edəcəyik - İran

Xarici silahlı qüvvələr, xüsusən də ABŞ hərbçiləri Hörmüz boğazına yaxınlaşarsa, İran qüvvələrinin hücumuna məruz qalacaqlar.

 

"İnformator.az" xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının komandiri Əli Abdullahi deyib.

 

"Bu su yolunun təhlükəsizliyinə nəzarət İranın əlindədir. Bütün ticarət gəmiləri və neft tankerləri təhlükəsizliklərini qorumaq üçün bölgədə yerləşən qüvvələrlə əlaqələndirilməmiş tranzitdən çəkinməlidir", - Abdullahi bildirib.

 

Qeyd edək ki, ABŞ-nin Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin etmək məqsədi daşıyan "Azadlıq layihəsi" əməliyyatına başlayıb.

#hörmüzə #yeni #yaxınlaşsa # #i̇ran
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər