00:00:00
Yazar
Admin User
11.09.2025 07:15 73 1 dəq oxuma
Dünya

ABŞ heyəti Ermənistana gedəcək

ABŞ heyəti Ermənistana gedəcək

Yaxın günlərdə ABŞ nümayəndə heyəti "Tramp marşrutu" layihəsinin həyata keçirilməsi prosesi çərçivəsində Ermənistana gələcək.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan "Armenpress" agentliyinə müsahibəsində bildirib.

 

Nazir Ermənistan, ABŞ və Azərbaycan tərəfindən imzalanan "Tramp marşrutu" layihəsinə toxunub.

 

Nazir əlavə edib ki, ABŞ nümayəndə heyəti gələcək, tanış olacaq və yerində hesablamalar aparacaqlar.

 

Onun sözlərinə görə, Türkiyə tərəfindən Serdar Kılıçın səfəri gözlənilir: "O, Türkiyə hökumətinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində xüsusi nümayəndəsidir. Meğri və Qapan sakinləri hər gün dağların necə dağıldığını və yeni "Şimal-Cənub" yolunun tikilməsi prosesini görürlər".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər