ABŞ Hindistan münasibətləri
ABŞ ilə Hindistan arasındakı münasibətlər son onilliklərin ən gərgin mərhələsinə qədəm qoyub. ABŞ-nin sabiq Prezidenti Donald Tramp və onun baş iqtisadi müşavirinin Hindistana qarşı sərt ritorikası Nyu-Dehlidə ciddi narazılıq yaradıb. Məsələdən məlumatlı mənbələr bildirirlər ki, Vaşinqtondan səslənən kəskin açıqlamalar iki ölkə arasında böhranı daha da dərinləşdirir və münasibətlərin bərpasını çətinləşdirir.
Eyni zamanda qeyd olunur ki, Tramp komandasının münasibətləri normallaşdırmaq istiqamətində atdığı addımlar bir-biri ilə ziddiyyət təşkil edir. Bu isə Hindistanı alternativ tərəfdaşlıqlara üz tutmağa vadar edib. Nəticədə Yeni Dehli son aylarda Rusiya və Çinlə siyasi və iqtisadi əlaqələrini gücləndirib.
Ekspertlərin qənaətinə görə, əgər Vaşinqtonun sərt ritorikası davam edərsə, Hindistan–ABŞ münasibətlərindəki gərginlik uzunmüddətli siyasi nəticələrə səbəb ola bilər.
The Washington Post
Sura Əliyeva