00:00:00
Yazar
Admin User
01.09.2025 18:48 75 1 dəq oxuma
Dünya

ABŞ Hindistanı Rusiya və Çinlə əməkdaşlıq etdiyi üçün qınayıb

ABŞ Hindistanı Rusiya və Çinlə əməkdaşlıq etdiyi üçün qınayıb


"Modinin niyə Putin və Si Cinpinq ilə əməkdaşlıq etdiyini başa düşmürəm".


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin ticarət üzrə baş müşaviri Piter Navarro Hindistanın Baş naziri Narendra Modinin Rusiya və Çinlə əməkdaşlığına münasibət bildirərkən qeyd edib.


“Bilirsiniz, Modi əla liderdir, amma mən başa düşmürəm ki, dünyanın ən böyük demokratik ölkələrindən olan Hindistan nə üçün Putin və Si Cinpinq ilə əlaqə saxlayır”, – deyə o, bildirib.

 

Müşavir vurğulayıb ki, Hindistanın elita təbəqələri bu əməkdaşlıqdan fayda əldə etsə də, adi vətəndaşlar sanksiyalar səbəbindən iqtisadi çətinliklərlə üzləşirlər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər