“ABŞ hələlik Rusiya ilə birbaşa danışıqlara getmək istəmir”
ABŞ Prezidenti Donald Tramp administrasiyası Rusiya Prezidenti Vladimir Putinin strateji hücum silahları haqqında müqavilə (START) üzrə məhdudiyyətlərin gələn il də saxlanılması təklifini qəbul edib. Kimboll qeyd edib ki, müqavilə müddəti başa çatdıqdan sonra da məhdudiyyətlərin qorunması yeni silahlanma yarışının qarşısını alacaq və uzunmüddətli razılaşmalar üçün zəmin yaradacaq.
Mövzu ilə bağlı siyasi şərhçi Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ bununla Rusiyanın sürətli silahlanmasını zəiflətməyə çalışır:
“Çünki Rusiya bu müddət ərzində kifayət qədər güclü silahlanma həyata keçirir. Faktiki olaraq məhz Ukraynadakı müharibə başlandıqdan sonra rəsmi Moskva öz silah arsenalını daha da genişləndirməyə çalışır. Müdafiə sənayesinə böyük ölçüdə vəsaitlər ayrılır ki, bu da kifayət qədər gərginlik yaradacaq amillərdəndir. Hazırda Rusiyanı silahlanma məsələsi üzərinə götürdüyü öhdəliklərdən artıq daha çoxdur. Bunu ABŞ müəyyən ölçüdə tənzimlənməyə çalışır. Strateji hücum silahlarını məhdudlaşdırılması haqqında tərəflər arasında belə bir müqavilə var. Bu müqavilənin şərtlərinə uyğun olaraq da iki ölkənin arasındakı münasibətlər yenidən tənzimlənəcək. Silahlanmaya qarşı məhdudiyyət qoyulması barəsində razılıq daha uzunmüddətli davam edəcək. Ola bilsin ki, müqavilə yenidən təzələnə bilər. Burada daha böyük ölçülü silahlarında nəzərə alınması, strateji hücum silahları kimi nəzərə alına bilər. Bunun bir artıq ölçüsü dəyişilə bilər. Sadəcə olaraq ABŞ indiki halda Rusiya ilə bəzi məsələlər barəsində danışıqlara getmək niyyətində deyil. Çünki Ukraynada müharibə davam edir. ABŞ Ukraynaya artıq bir çox silahlar verib. Bəzi raketlər verilib. Buna görə ABŞ ehtimal ki, Rusiya ilə bu məsələlər barəsində danışıqlara getməyəcək. Müqavilənin də uzadılmasını buna görə istəyiblər. Ancaq gələcəkdə müəyyən ölçülü silahlanma ilə bağlı növbəti ildən razılaşma əldə oluna bilər”.
Nuray Əliyeva
