00:00:00
Yazar
Aysel Mirzəyeva
19.03.2026 21:37 45 2 dəq oxuma
Siyasət

“ABŞ Hörmüz boğazına nəzarəti tam olaraq İranın əlindən alacaq” - ŞƏRH

“ABŞ Hörmüz boğazına nəzarəti tam olaraq İranın əlindən alacaq” - ŞƏRH

“Məsləhətləşmələr aparırıq. NATO ölkələri Hörmüz boğazı-nı necə açmağı kollektiv şəkildə müzakirə edirlər”, - deyə Mark Rutte bildirib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “İnformator.az”a açıqlamasında bildirib ki, Hörmüz boğazı ətrafında baş verənlər ona Panama kanalı ilə bağlı hadisələri xatırladır:

 

“Donald Trump prezidentliyə başlayanda ilk addımlarından biri Panama kanalını Panamanın əlindən almaq təhdidi olub. Bunun səbəbini də açıqlayıb. Deyib ki, biz o kanalı Panama dövlətinə verəndə düşünmədik ki, bu kanal günün birində Çinə təslim ediləcək. Hazırda Panama kanalı Çinin nəzarətinə keçib və buna görə də, geri alınmalı idi. Panama dövləti dərhal hərəkətə keçdi, Çin payçıları ilə danışıqlar aparıldı və nəticədə Çinin kanal üzərindəki təsiri aradan qaldırıldı. Bununla da ABŞ razı qaldı. Hörmüz boğazı məsələsi də buna bənzəyir. Mən belə başa düşürəm ki, ABŞ və onun tərəfdaşları nəhayətdə boğaza nəzarəti tam olaraq İranın əlindən almağa çalışacaqlar. Çünki nə qədər ki, Hörmüz boğazı İranın nəzarətində qalır, bu dünya üçün təhdid olaraq qalacaq. ABŞ və onun NATO-dakı tərəfdaşları bununla razılaşa bilməzlər. Burada əsas məsələ İranla münasibətlərin necə olacağı deyil, boğazın işləkliyinin bərpasıdır. Avropa və NATO ölkələri İranla münasibətlərin pisləşməsindən ciddi narahat deyil, çünki artıq uzun müddətdir onu sanksiyalar altında saxlayırlar”.


Şərhçi  qeyd edib ki, region ölkələri də bu məsələnin tezliklə həllində maraqlıdır:

 

“Xüsusilə Hörmüz boğazından intensiv istifadə edən ölkələr bu problemin tez həllini istəyirlər. Düşünürəm ki, NATO bir qərar qəbul etsə, İrandan başqa bütün bölgə ölkələri bunu dəstəkləyəcək. Boğazın açılması siyasi gərginliyi artırmayacaq, əksinə azaldacaq. Çünki bu xüsusilə neft və qaz ixrac edən ərəb ölkələrinin məhsullarını rahat şəkildə dünya bazarına çıxarmasına imkan verəcək. Eyni zamanda, region ölkələri münaqişə riskləri baxımından daha rahat nəfəs ala biləcəklər. Əgər İran bu məsələdə geri çəkilməyə məcbur edilərsə, bu həm də onun zəiflədiyini və region üçün təhdid imkanlarının azaldığını göstərəcək”.


Aytac İbrahimova

#azərbaycan #əlindən #nəzarəti #alacaq” #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər