00:00:00
Yazar
Aysel Mirzəyeva
17.03.2026 20:05 21 1 dəq oxuma
Siyasət

ABŞ Hörmüzdə blokadadan niyə imtina edir?

ABŞ Hörmüzdə blokadadan niyə imtina edir?

“ABŞ maliyyə nazirinin İran tankerlərinin Hörmüz boğazından keçməsinə mane olunmadığını deməsi Vaşinqtonun regionda tam blokada siyasəti yürütmək niyyətində olmadığını göstərən bir siqnal kimi qiymətləndirilə bilər”.


Bu sözləri politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, bu açıqlama müəyyən mənada Tehran üçün diplomatik və iqtisadi manevr imkanlarını genişləndirə bilər:

 

“İran uzun müddətdir ki, enerji ixracına qarşı sanksiyaların təsirini azaltmağa çalışır və belə bir mövqe regionda gərginliyin daha da kəskinləşməsinin qarşısını alan taktiki addım kimi təqdim oluna bilər. Bununla yanaşı, İran bu vəziyyəti öz regional siyasətində “təzyiqə baxmayaraq davamlılıq” kimi təqdim edərək siyasi legitimliyini gücləndirməyə çalışa bilər. Digər tərəfdən, bu siyasət qlobal enerji bazarında sabitliyin qorunması baxımından da mühüm mesajdır. Hörmüz boğazı dünya neft ticarətinin ən kritik marşrutlarından biridir. Burada hər hansı blokada və ya hərbi eskalasiya qlobal bazarlarda ciddi qiymət dalğalanmalarına səbəb ola bilər. ABŞ-nin bu məsələdə daha ehtiyatlı mövqe tutması enerji təchizatının kəsilməsinin qarşısını almağa yönəlmiş addım kimi qiymətləndirilir. Eyni zamanda, bu yanaşma region ölkələri üçün də müəyyən sabitlik siqnalı verir. Enerji marşrutlarının təhlükəsizliyinin qorunmasının böyük güclər üçün prioritet olaraq qaldığını göstərir”.


Nuray Əliyeva

#yeni #hörmüzdə #edir? #baki #niyə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər