ABŞ hərbi təyyarəsi qəzaya uğrayıb
ABŞ-a məxsus “Osprey” hərbi təyyarəsi çərşənbə günü Yaponiya yaxınlığında dənizə düşüb.
Qəza zamanı 1 nəfər həlak olub. Regional sahil mühafizə sözçüsü məlum qəzanın Kyuşu adasının cənub hissəsindəki Kaqoşima bölgəsindən təxminən 72 kilometr uzaqlıqda baş verdiyini bildirib.
Sahil mühafizəsi daha öncə verdiyi açıqlamada təyyarənin içində 8 nəfər olduğunu deyib, lakin daha sonra dəqiq sayın 6 olduğu açıqlanıb. Sahil mühafizə Yakuşima qəsəbəsi Xilasetmə Mərkəzindən göndərilən qayıqla birgə qəsəbənin sərq hissəsindəki Anbo limanının 4.5 kilometr uzaqlığındakı ərazidən cansız bədən tapıblar. Qurtarılan digər qəza qurbanları isə vaxtında müdaxiləylə həyata qaytarılıb və limana gətirilib.
Əli Məmmədli
