00:00:00
Yazar
Admin User
07.03.2024 14:22 283 1 dəq oxuma
Dünya

ABŞ-ın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

ABŞ-ın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

Nazirlikdən verilən yazılı açıqlamada, səfir Treysinin nazirliyə çağırıldığı və ABŞ-ın 3 qeyri-hökumət təşkilatının: Beynəlxalq Təhsil, Mədəniyyət Perspektivləri üzrə Amerika Şurası və Beynəlxalq Təhsil İnstitutunun arzuolunmaz təşkilatlar kimi tanınması barədə məlumat verildiyi bildirilib.

 

Bəyanatda iddia edilib ki, Rusiyada fəaliyyət göstərən bu təşkilatlar Səfirliyin dəstəyi ilə təhsil və mədəniyyət mübadiləsi adı altında anti-Rusiya proqram və layihələrinin həyata keçirilməsi üçün təsir agentləri cəlb etmək məqsədi daşıyır.

 

Bəyanatda bu təşkilatlara hər cür dəstəyin dayandırılması ilə bağlı səfirliyə nota verildiyi vurğulanıb və deyilib: “Rusiya Federasiyasının daxili işlərinə qarışmaq cəhdlərində, o cümlədən təxribat hərəkətlərində iştirak edən ABŞ səfirliyinin əməkdaşları seçkilər və xüsusi hərbi əməliyyatlar kontekstində dezinformasiyanın yayılması zaman deportasiyaya edilə bilər".

 

Mənbə: HaberTürk

Tərcümə etdi: Banuçiçək Kalbalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər