00:00:00
Yazar
Admin User
28.08.2025 13:55 86 1 dəq oxuma
Dünya

ABŞ İran casusunu həbs edib

ABŞ İran casusunu həbs edib

Amerika Federal Aviasiya Administrasiyasının keçmiş podratçısı, İran əsilli 43 yaşlı Abuzər Rəhməti İranın təhlükəsizlik və kəşfiyyat qurumları ilə əməkdaşlıq etdiyinə görə 1 il həbs cəzasına məhkum edilib.

 

"İnformator.az" xəbər verir ki, bu haqda ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, həqiqi həbs cəzası ilə yanaşı, Rəhməti nəzarət altında 3 il şərti həbs cəzasına da məhkum edilib. ABŞ Ədliyyə Nazirliyinin bundan əvvəl yaydığı məlumatda bildirilib ki, Əbuzər Rəhməti İran kəşfiyyat orqanlarına əhəmiyyətli məlumatlar ötürmək üçün saxta məlumatlarla podratçı qismində ABŞ-də işə götürülməyə nail olub.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər