00:00:00
Yazar
Güllər Gülhüseynova
21.04.2026 11:20 25 2 dəq oxuma
Siyasət

ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq

ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq

ABŞ-İran danışıqlarının ikinci raundu aprelin 22-də keçiriləcək.

 

Bu barədə CNN öz mənbələrinə istinadla məlumat yayıb.

 

Məlumata görə, ABŞ nümayəndə heyəti vitse-prezident Ceyms Devd Vensin rəhbərliyi ilə bu gün Pakistana yola düşəcək.
İran nümayəndə heyətinə isə İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf rəhbərlik edəcək.

 

İran daha öncə ABŞ ilə danışıqlarda iştirak edib-etməmək barədə heç bir qərar verilmədiyini bildirib.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, ikinci raund danışıqlar tərəflər arasında gərginliyin azaldılması və dialoqun davam etdirilməsi cəhdi kimi qiymətləndirilir:

 

“ABŞ və İran arasında ikinci raund danışıqların təyin olunması, xüsusilə də yüksək səviyyəli nümayəndə heyətlərinin (ABŞ tərəfindən vitse-prezident, İran tərəfindən isə parlament sədri səviyyəsində) iştirakı, tərəflər arasında illərlə davam edən gərginliyin azaldılması və müəyyən bir "orta məxrəc" axtarışı üçün ciddi siyasi iradənin göstəricisidir. Lakin bu, hələ ki tam bir yaxınlaşma deyil, daha çox böhranın idarə olunması və birbaşa təmas xətlərinin qurulması cəhdidir. İranın əvvəlcə iştirakla bağlı tərəddüdlü və qeyri-müəyyən mövqe sərgiləməsi isə klassik diplomatiya taktikası olmaqla yanaşı, həm daxili auditoriyanı (mühafizəkar qanadı) sakitləşdirməyə, həm də masa arxasında öz psixoloji üstünlüyünü və "şərt qoyan tərəf" imicini qorumağa xidmət edir. Belə bir qeyri-müəyyənlik prosesin başlanğıcında etimad mühitini zəiflətsə də, tərəflərin faktiki olaraq görüşə qatılması real ehtiyacların (iqtisadi sanksiyalar və nüvə proqramı kimi kritik məsələlər) diplomatik ritorikadan daha üstün olduğunu göstərir. Bu vəziyyət danışıqların çox həssas və hər an qırılma ehtimalı olan bir zəmində keçəcəyinə işarə etsə də, dialoqun davam etməsi regional gərginliyin pik həddə çatmasının qarşısını alan bir təhlükəsizlik klapanı rolunu oynayır”.

 

Lalə Qurbanlı

#azərbaycan #baki #tutacaq #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər