ABŞ İran neftinə sanksiyaları müvəqqəti dayandıracaq
ABŞ Tehranla aparılan danışıqlar zamanı İran neftinə tətbiq olunan sanksiyaları müvəqqəti dayandırmağa razılıq verib. Bu barədə “Tasnim” agentliyi İranın danışıqlar qrupuna yaxın mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Vaşinqton əvvəlki təkliflərindən fərqli olaraq, yeni təklifində danışıqlar davam etdiyi müddətdə İrana qarşı neft sanksiyalarının dayandırılmasını qəbul edib. Bildirilir ki, Tehran bütün sanksiyaların tam şəkildə ləğvini tələb edir. ABŞ isə yalnız yekun razılaşma əldə olunana qədər Maliyyə Nazirliyinin tətbiq etdiyi sanksiyaların dayandırılmasına hazır olduğunu qeyd edir.
TASS
Nuray Əliyeva