00:00:00
Yazar
Nərmin Həşimova
19.05.2026 12:32 70 2 dəq oxuma
Siyasət

ABŞ İran neftinə sanksiyaların dayandırılmasına razılaşıb- ŞƏRH

ABŞ İran neftinə sanksiyaların dayandırılmasına razılaşıb- ŞƏRH

ABŞ yeni təkliflər paketində danışıqlar dövründə İranın neft sektoruna tətbiq olunan sanksiyaların müvəqqəti olaraq dayandırılmasına razılaşıb.


Mövzu ilə bağlı “İnformator. az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki,ABŞ-nin danışıqlar dövründə İran neftinə tətbiq olunan sanksiyaları müvəqqəti dayandırmağa razılaşması, əgər praktik şəkildə təsdiqlənərsə, Tehran üçün ciddi siyasi nəfəs imkanı yarada bilər:


“Çünki İranın əsas təzyiq nöqtələrindən biri məhz neft gəlirlərinin məhdudlaşdırılması idi. Belə bir yumşalma İran daxilində hakimiyyətin “müqavimət nəticə verdi” ritorikasını gücləndirə, regional müttəfiqləri qarşısında Tehranın mövqeyini daha dayanıqlı göstərə bilər. Amma burada vacib məqam odur ki, söhbət tam sanksiya ləğvindən yox, danışıqlar müddətində müvəqqəti güzəştdən gedir. Yəni bu addım İranın tam qalibiyyəti deyil, daha çox ABŞ-nin diplomatik prosesi saxlamaq və gərginliyi nəzarətdə tutmaq üçün verdiyi taktiki siqnaldır. İranla mümkün razılaşma regionda balansı bir neçə istiqamətdə dəyişə bilər. Bir tərəfdən, neft bazarında gərginliyin azalması, Hörmüz boğazı ətrafında risklərin yumşalması və diplomatik kanalın açıq qalması region dövlətləri üçün sabitləşdirici amil olar. Digər tərəfdən, İranın iqtisadi imkanlarının artmasını İsrail, Körfəz ölkələri və ABŞ-nin  regional tərəfdaşları ehtiyatla qarşılayacaq. Çünki Tehranın əlavə maliyyə resurslarını yalnız daxili iqtisadi sabitliyə deyil, həm də regional təsir şəbəkələrinə yönəldə biləcəyi ilə bağlı narahatlıqlar var. Buna görə də mümkün razılaşma regionda tam sakitlik yaratmaya bilər, amma açıq hərbi qarşıdurma riskini azaldan yeni diplomatik mərhələ formalaşdıra bilər”.


Nurgün Qənizadə

#ABŞ #İran #neft #sanksiya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər