00:00:00
Yazar
Admin User
01.10.2025 17:51 118 2 dəq oxuma
Siyasət

ABŞ İran və Yəmənə hücuma hazırlaşır

ABŞ İran və Yəmənə hücuma hazırlaşır

“Colonelcassad” Teleqram kanalı məlumat yayıb ki, ABŞ mümkün hücum üçün Yaxın Şərqə tanker təyyarələri yerləşdirib.


"Ola bilsin ki, hücum İranın yeraltı nüvə obyektləri (xüsusilə Fordov və İsfahanda) və ya husi üsyançılarının dağlarda pilotsuz təyyarələr və hipersəs raketlərinin yığıldığı bazaları ola bilər",- kanal qeyd edib.


Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, İran əsas hədəf kimi göstərilib:


“Yaxın Şərq regionunda ümumi hərbi-strateji balans, onsuz da dəyişib. Ancaq orada problemlər hələ də qalır və əsas problemlər ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatlarının Yaxın Şərqi yenidən dizayn etmək ssenarisi üzrə qarşıya qoyulan hədəflərə tam çatılmayıb. Ona görə də ABŞ yenidən hərbi güc nümayişinə üstünlük verə bilər və burada da əsas hədəf kimi İran göstərilir. İran nüvə proqramının ləğvi ilə bağlı danışıqlarda ABŞ-nin şərtlərini yerinə yetirməkdən imtina edir və bu da Ağ Evdə qıcıqla qarşılanır. Ona görə də ehtimal etmək olar ki, əgər İran və ABŞ arasında nüvə mövzusu ilə bağlı qarşıdurma dərinləşərsə, hərbi əməliyyatlar təkrarlana bilər. Bu da istər-istəməz Yaxın Şərqdə yeni xaosun yaranmasına yol aça biləcək bir ssenaridir. Təbii ki, Yaxın Şərqdə İranın iştirakı ilə bir münaqişə yaranarsa və bu, xaosa yol açarsa, bu, istənilən halda İranla qonşu dövlətlər üçün müəyyən humanitar problemlər yarada bilər. Çünki qaçqın axını ehtimalı mövcuddur və Azərbaycan da belə bir problemlə üz-üzə qala biləcək dövlətlərin sırasına daxildir. Ancaq ümid etmək olar ki, ABŞ Yaxın Şərqdəki, o cümlədən İranla bağlı problemləri hərbi müstəvidə deyil, siyasi-diplomatik danışıqlar yolu ilə nizamlamağa çalışsa, daha doğru olar. Çünki hərbi müstəvi fəlakət və kütləvi tələfat qaynağıdır və ABŞ-nin belə bir addıma getməməsi daha doğru olardı”.

Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər