00:00:00
Yazar
Güllər Gülhüseynova
14.03.2026 09:12 10 1 dəq oxuma
Dünya

ABŞ İrana qarşı əməliyyatları tezliklə dayandırmayacaq

ABŞ İrana qarşı əməliyyatları tezliklə dayandırmayacaq

Ağ Ev rəhbəri Donald Tramp yaxın gələcəkdə Yaxın Şərqdəki hərbi əməliyyatları dayandırmaq niyyətində deyil, İrana qarşı əməliyyat daha bir neçə həftə uzana bilər.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumatlı mənbələrə istinadən yazıb.

 

Onların məlumatına görə, dövlət başçısının bir sıra məsləhətçiləri onu əməliyyatı başa çatdırmağa inandırmağa çalışırlar, lakin Tramp İrana və İran yönümlü birləşmələrə qarşı zərbələri davam etdirməkdə qərarlıdır. Nəşr diqqətə çatdırıb ki, bu mövqe prezidentin Amerika Silahlı Qüvvələrinin qarşıya qoyulmuş vəzifələrin öhdəsindən praktiki olaraq gəldiyi barədə rəsmi ritorikası ilə ziddiyyət təşkil edir.

Pentaqonda isə, öz növbəsində, hesab edirlər ki, münaqişənin aktiv fazası azı daha bir neçə həftə davam edəcək.

#qarşı #yeni #dayandırmayacaq #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər