00:00:00
Yazar
Güllər Gülhüseynova
03.11.2026 20:33 21 1 dəq oxuma
Dünya

ABŞ İrandakı Qeşm adasına zərbələr endirib

ABŞ İrandakı Qeşm adasına zərbələr endirib

ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında yerləşən İranın Qeşm adasına zərbələr endirib. ABŞ rəsmilərinin CBS telekanalına verdiyi məlumata görə, məhdud və müdafiə xarakterli hücumlar SEPAH-ın ABŞ təyyarəsinə atəş açmasına cavab olaraq həyata keçirilib.

 

İranın IRNA agentliyi adada partlayışların baş verdiyini bildirib. SEPAH isə ABŞ-yə məxsus üç pilotsuz uçuş aparatını vurduğunu iddia edib. Hadisə ABŞ-də aralıq seçkilər ərəfəsində, Vaşinqton və Tehran arasında müharibəyə son qoyulması ilə bağlı danışıqların davam etdiyi vaxt baş verib.

 

ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatları genişləndirməyə tələsmədiyini desə də, İrana qarşı yeni zərbələri istisna etməyib. Qətər və Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlarda isə İran limanlarına tətbiq edilən dəniz blokadasının aradan qaldırılması və dondurulmuş aktivlərin azad edilməsi müzakirə olunur.

 

Qeyd edək ki, müharibənin başlanmasından sonra dünya neft və qaz daşımalarının təxminən beşdə birinin həyata keçirildiyi Hörmüz boğazında gəmiçilik faktiki olaraq dayanıb.

 

BBC
Fatimə Hüseynova

#i̇randakı #adasına #abş #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər