00:00:00
Yazar
Nərmin Həşimova
20.05.2026 18:04 107 2 dəq oxuma
Siyasət

ABŞ İranın maliyyə sisteminə və kölgə donanmasına qarşı sanksiyaları genişləndirib- ŞƏRH

ABŞ İranın maliyyə sisteminə və kölgə donanmasına qarşı sanksiyaları genişləndirib- ŞƏRH

Vaşinqton administrasiyası İranla əlaqəli şirkətlərə və fiziki şəxslərə qarşı növbəti sanksiyalar paketini tətbiq edərək, bu siyahıya 28 təşkilat, 19 tanker və 4 fiziki şəxsi əlavə edib.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Elmir Səftərov bilidirib ki,
əhəmiyyətli məqamlardan biri ondan ibarətdir ki, artıq uzun illərdir İran Qərbin sanksiyalarından və iqtisadi təzyiqlərindən əziyyət çəkir:


“Lakin bu sanksiyalar İranın beynəlxalq iqtisadi və logistik əlaqələr qurmaq cəhdlərinə tam şəkildə mane ola bilmir. İran mövcud şəraitdə öz iqtisadi əlaqələrini müxtəlif kanallar vasitəsilə davam etdirməyə çalışır ki, sanksiyaların təsirini minimuma endirsin. Bununla belə, ABŞ bu prosesləri izləyərək sanksiya rejimini daha da sərtləşdirməyə cəhd göstərir. Xüsusilə İran bayrağı altında fəaliyyət göstərən gəmilər, maliyyə əməliyyatları, bank sistemləri və digər daşıyıcı vasitələr sanksiyalardan yayınmaq üçün alternativ yollar axtardığı üçün bu sahələr daha ciddi nəzarət altına alınır. Ona görə də sanksiyalara məruz qalan şirkətlər əsasən inkişaf edən ölkələrin maliyyə və iqtisadi xidmətlərindən kənarda qalır. Məlumdur ki, beynəlxalq limanların və sığorta sistemlərinin böyük hissəsi ABŞ-nin sanksiya siyasətinə uyğun olaraq, sanksiya tətbiq edilən ölkələrlə əməkdaşlıqdan çəkinir.Eyni zamanda, İran, Rusiya və Çin kimi ölkələr müəyyən beynəlxalq məhdudiyyətlərə baxmayaraq, alternativ mexanizmlər vasitəsilə iqtisadi əlaqələrini davam etdirməyə çalışırlar. Ümumilikdə bu sanksiyalar regionda, xüsusilə ABŞ-İran münasibətlərində gərginliyi daha da artırır. İranın əsas gəlir mənbələrindən olan neft və neft-kimya sektorunun hədəf alınması ölkəni strateji əhəmiyyətli Hörmüz boğazı vasitəsilə müəyyən addımlar atmağa sövq edir. Qlobal neft ticarətinin böyük hissəsinin bu boğazdan keçməsi isə vəziyyətin beynəlxalq əhəmiyyətini daha da artırır.Bu kontekstdə ABŞ-nin təzyiq siyasəti yalnız iqtisadi deyil, həm də diplomatik proseslərə təsir göstərir və beynəlxalq münasibətlərdə gərginliyi artırır. İran isə bu vəziyyəti iqtisadi müharibə kimi qiymətləndirir və ona uyğun reaksiya verir”.


Nurgün Qənizadə

#ABŞ #İran #sanksiya #şərh
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər