ABŞ İranla nüvə sazişi və atəşkəslə bağlı danışıqlar təklif edir
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff ilə İranın xarici işlər naziri Abbas Erakçi arasında bu həftə görüş ehtimalı gündəmdədir. Bu barədə məsələdən xəbərdar olan dörd rəsmi Axios saytına məlumat verib.şMəlumata görə, planlaşdırılan təmasın əsas məqsədi İranla ABŞ arasında nüvə sazişi və atəşkəslə bağlı danışıqları canlandırmaqdır. ABŞ rəsmiləri bildiriblər ki, bu görüş bölgədəki gərginliyin azaldılması və İran-İsrail münaqişəsinin qarşısının alınması baxımından əhəmiyyət daşıyır.
Adının açıqlanmasını istəməyən bir ABŞ rəsmisi Axios-a açıqlamasında deyib:
“İranlılarla görüş bu həftə nəzərdən keçirilir”.
Xəbərdə o da qeyd olunub ki, Tramp administrasiyası artıq görüş təklifini İran tərəfinə çatdırıb. Həmçinin bildirilir ki, Tramp, İranın Fordo uran zənginləşdirmə obyektini məhv etmək üçün hazırda əlində olan bunker bombalarını Tehrana təzyiq vasitəsi kimi istifadə etməyi düşünür.
TRT haber
Mahmudlu Ləman