00:00:00
Yazar
Admin User
01.04.2024 18:51 302 1 dəq oxuma
Dünya

ABŞ ittiham olunur!

ABŞ ittiham olunur!

"ABŞ daim Fransanın siyasi həyatına müdaxilə edir, lakin heç kim bunu hiss etmir". Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot “France Info”ya müsahibəsində Vaşinqtonu bunda ittiham edib.

 

“Ölkəmizdə daim Amerikanın müdaxiləsi ilə üzləşirik. ABŞ tərəfindən maliyyələşdirilən məsləhətçilər müntəzəm olaraq Fransa telekanallarında çıxış edərək NATO povestini yayırlar”, - deyə siyasətçi bildirib.

 

 Onun sözlərinə görə, Fransa və digər Qərb ölkələr bununla mübarizə aparmaq əvəzinə, xəyali Rusiya təhlükəsindən danışırlar.

 

Filippot həmçinin bildirib ki, Ukraynadakı münaqişə Fransaya aidiyyatı yoxdur, lakin NATO Parisi böhrana sürükləyir və ölkəni zəiflədir. O, həmçinin əlavə edib ki, Paris Şimali Atlantika Alyansına üzvlükdən heç nə almır və onu tərk etməyə çağırıb.

 

Mənbə: Lenta.ru

Tərcümə etdi: Banuçiçək Kalbalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər