ABŞ Kolumbiya Prezidentinə yanacaq verməyib
Kolumbiya Prezidenti Qustavo Petronun Səudiyyə Ərəbistanına səfəri zamanı onun təyyarəsinə Kape Verde adalarında yanacaq doldurmağa icazə verilməyib.
“İnformator.az”xəbər verir ki, bu barədə Petro özünün X səhifəsində məlumat yayıb.
Məlumata görə, səbəb ABŞ-nin Petroya qarşı tətbiq etdiyi sanksiyalardır. Onun “Boinq 737-700” təyyarəsi İspaniyanın hərbi bazasında - Madriddə yanacaq doldura bilib. Bu, İspaniya hökumətinin müdaxiləsindən sonra mümkün olub.