ABŞ Konqresi spiker Consonun vəzifədən azadını tələb edən məktub yayıb
ABŞ Konqresinin üzvü Qrin məktubda spiker Consonun vəzifədən azad olunmağa çağırır.
Bu barədə “The New York Times” məlumat yayıb.
"Patanın nümayəndəsi Marjorie Taylor-Green çərşənbə axşamı spikeri Mayk Consonu impiçmentlə hədələyərək, onun vəzifəsindən kənarlaşdırılmasını müdafiə edən və respublikaçıları onun rəhbərliyinə dözməkdə günahlandıran sərt məktub yayaraq təhdidlərini artırdı", - yazıda deyilir. Məktubda konqresmen respublikaçı Consonu ABŞ prezidenti Co Baydenin gündəmini dəstəkləməkdə və öz partiyasının maraqlarına xəyanət etməkdə ittiham edib. Taylor-Green Respublikaçılara xəbərdarlıq etdi ki, onlar Demokratlar Partiyasına “tamamilə təslim olacaqlar” və Consonun siyasətinə etiraz etmək istəmədikləri üçün seçicilərin etibarını itirəcəklər. Konqresmen əvvəllər spikeri Respublikaçılar Partiyasının nümayəndələrinin Ukraynaya yeni maliyyə yardımını dəstəkləməsi barədə dediklərini yalan danışmaqda ittiham etmişdi.
Mənbə: lenta.ru
Tərcümə etdi: Gülnisə Əfkari
