Zelenski Ukraynanın özünü müdafiə etmək hüququnun olduğunu bildirib
Ukraynanın Rusiya neft emalı zavodlarını vurması Donald Tramp tərəfindən "rüsvayçılıq" adlandırılıb.Tramp Zelenski ilə razılığa gəlməyin Putinlə müqayisədə daha çətin olduğunu və onun müharibəni bitirmək istəmədiyini iddia edir.
Zelenski yalnız Ukraynanın milli maraqlarını və ölkəsini müdafiə etdiyini bildirib.ABŞ ölkədə və qlobal bazarda yüksək dizel qiymətlərini salmaq üçün Rusiya ilə 300 000 ton dizel idxalı barədə saziş bağlayıb.Ukraynanın Rusiya zavodlarını vurması Moskvanın bu dizeli ABŞ-a göndərmək imkanını məhdudlaşdırır.Zelenski bu sazişi "Putinin cibinə pul qoymaq" kimi dəyərləndirib və buna qarşı çıxdığını bildirib.Zelenski Brüsseldə Aİ sammitinə qatılaraq Avropa liderlərini "əsl liderlər" adlandırıb.Ehtimal ki, Trampa eyham vuraraq.Müharibənin gələn il Ukraynaya 155 milyard. avroya başa gələcəyi, bunun ən azı 70 milyard. avrosunun Aİ tərəfindən qarşılanmalı olduğu qeyd olunub.Ukraynada dron istehsalını artırmaq üçün pul, şəhərləri qorumaq üçün isə ABŞ istehsalı "Patriot" raketləri çatışmır.Vaşinqton neft zavodlarına zərbələr dayandırılmasa, Ukrayna ilə kəşfiyyat məlumatlarının paylaşılmasını dayandıra biləcəyini bildirib.Ukraynanın müdafiəsində böyük rol oynayan "Starlink" internetinin sürəti azaldılıb. Bu ləngimə vaxtı Rusiya ölümcül zərbələr endirib və xəbərdarlıq sistemləri işləməyib.Xarkovda mülki şəxslər həlak olub, Volın vilayətində 270 000 təsərrüfat işıqsız qalıb.Ukrayna Rusiyaya 644 dronla hücum edib; Moskva üzərində hava məkanı bağlanıb, Vladimir və Rostov vilayətlərində hədəflər vurulub.
Səkinə Musayeva
Mənbə: BBC