00:00:00
Yazar
Admin User
03.09.2025 10:15 93 1 dəq oxuma
Dünya

ABŞ Konqresində Aİ ilə gərginlik müzakirə olunacaq

ABŞ Konqresində Aİ ilə gərginlik müzakirə olunacaq

ABŞ-də keçiriləcək dinləmələr təkcə Aİ qaydalarını deyil, həm də istifadəçiləri, xüsusilə uşaqları internetdəki zərərli məzmundan qorumağa yönəlmiş Böyük Britaniyanın Onlayn Təhlükəsizlik Qanununu (OSA) da əhatə edəcək.

 

Çərşənbə günü ABŞ Nümayəndələr Palatasında Aİ-nin rəqəmsal siyasətinə həsr olunacaq dinləmələr böyük texnologiya şirkətlərinin fəaliyyətinin tənzimlənməsi məsələsində Aİ ilə ABŞ arasında artan uçurumu nümayiş etdirəcək.

 

“Məhkəmə komitəsində keçiriləcək və “Avropanın amerikalıların söz azadlığına və innovasiyalara təhdidi” adlanan dinləmələrin məqsədi vurğulamaqdır ki, “Avropanın internetdə senzura qanunları amerikalıların onlayn azad danışmaq hüququna təhlükə yaradır”.

 

Euronews

Fatimə Heydərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər