ABŞ Konqresinin sentyabr Çinə səfər edəcək
ABŞ Nümayəndələr Palatasının iki partiyalı nümayəndə qrupu sentyabr ayında Çinə rəsmi səfər etməyi planlaşdırır. Qrup Çin Prezidenti Si Cinpinlə görüşməyi hədəfləyir. Bu, Palatanın üzvlərinin 2019-cu ildən bəri ilk belə səfəridir.
Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov "İnformator.az"a bildirib ki, bu səfərdə əsas məqsəd beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etməkdir:
"Çinin Rusiya üzərində ciddi təsiri var və konqresmenlər də anlayırlar ki, Ukrayna müharibəsinin başa çatmasında, Rusiyanın ultimativ tələblərindən imtina etməsində Çinin böyük rolu ola bilər. Bu səbəbdən əsas müzakirə mövzularından biri çox güman ki, “Rusiya-Ukrayna müharibəsini necə bitirmək olar?” sualı olacaq. Çin rəhbərliyindən isə bu prosesə daha aktiv müdaxilə etmək və Rusiyanı reallığa gətirmək üçün səylərini artırmaq istəniləcək. Təəssüf ki, ABŞ Çin'i əsas rəqib kimi görür və onu zəiflətməyin yollarını axtarır. Bu isə, məncə, yanlış yoldur. Çin həm Rusiya prezidenti, həm də ABŞ rəsmiləri ilə danışıqlar aparır və bu da göstərir ki, Çin əməkdaşlıq və sabitlik tərəfdarıdır. ABŞ-nin isə eyni zamanda Avropa İttifaqı liderlərindən Çinə qarşı yeni ticarət məhdudiyyətləri – yüz faizlik əlavə rüsumlar tətbiq etməyi tələb etməsi, Çinlə əməkdaşlıq əvəzinə qarşıdurmanı seçdiyini göstərir. Çin isə əksinə, əməkdaşlığa can atır, əsas fərq də buradadır: ABŞ hegemonluq, Çin isə əməkdaşlıq yolunu seçib".
Bayramlı Zəri