00:00:00
Yazar
Admin User
05.08.2025 08:02 100 2 dəq oxuma
Dünya

ABŞ konqresmenindən Trampa Nobel və Azərbaycan-Ermənistan mesajı

ABŞ konqresmenindən Trampa Nobel və Azərbaycan-Ermənistan mesajı

ABŞ Konqresinin Respublikaçılar Partiyasından olan üzvü Co Vilson sabiq prezident Donald Trampın Nobel Sülh Mükafatına layiq olduğunu bildirib. O, Trampın bir sıra beynəlxalq münaqişələrin həllində rol oynadığını və tezliklə Azərbaycanla Ermənistan arasında da sülhə nail olunacağını ümid etdiyini vurğulayıb. Bu açıqlama regionda maraqla qarşılanıb və yeni geosiyasi proseslərin mümkünlüyü ilə bağlı suallar doğurub.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Əhəd Məmmədli bildirib ki, bu prosesdə biz Trampın arzularının alətinə çevrilməməliyik:

 

"Bilirsiniz, Trampın hədəfi Nobel Sülh Mükafatını almaqdır. İstəyir ki, özünü sülhpərvər və sülhə xidmət edən bir lider kimi göstərsin. Amma əgər həqiqətən sülhə töhfə vermək istəyirsə, bunu Qəzzada baş verən qətliamı dayandırmaqla etməlidir. Məhz bu müharibənin qarşısını almaq, İsrailin davam etdirdiyi bu cani hərbi əməliyyatlara "yox" demək Tramp üçün bir sülh addımı ola bilər.O, bir vaxtlar deyirdi ki, Rusiya-Ukrayna müharibəsini bir günə həll edərəm. Amma hələ də nəticə yoxdur. Putinlə Zelenski hələ də görüşə bilmir. İndi isə istəyir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və bununla da Nobel mükafatına bir addım daha yaxınlaşsın.Amma bu prosesdə biz Trampın arzularının alətinə çevrilməməliyik. Sülh müqaviləsi yalnız və yalnız Azərbaycanın milli maraqlarına cavab verdiyi halda imzalanmalıdır. Mənə görə, bu gün təklif olunan sülh sənədi həmin maraqlara uyğun deyil. Çünki Azərbaycanın güclü, Ermənistanın isə zəif olduğu bir şəraitdə bizi bərabər şərtlərlə masa arxasına oturtmağa çalışırlar. Bu isə Ermənistanın maraqlarına xidmət edir.Niyə 1994-cü ildə sülh müqaviləsi imzalanmadı? Çünki Ermənistan heç bir güzəştə getmək istəmədi. Onda sadəcə atəşkəs əldə edildi. Amma indi Ermənistan ikiəlli razıdır, çünki zəifdir. Zəngəzuru itirməkdən, Azərbaycanın daha çox tələb irəli sürəcəyindən qorxur. Ona görə də ABŞ-ni, Avropanı arxasına alaraq Azərbaycanı tezliklə masa arxasına oturtmağa çalışırlar.Lakin bizim maraqlarımız Trampın istəklərinə qurban getməməlidir. Mən düşünürəm ki, bu sülh sənədi Azərbaycanın maraqlarını tam əks etdirmir. Bu səbəbdən də, sülh müqaviləsi imzalanmalıdırsa, yalnız milli maraqlarımıza cavab verdiyi halda imzalanmalıdır".

 

Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər