00:00:00
Yazar
Admin User
02.10.2025 18:20 125 2 dəq oxuma
Siyasət

ABŞ kəşfiyyatının qapalı toplantısı

ABŞ kəşfiyyatının qapalı toplantısı

ABŞ Prezidenti Donald Tramp oktyabrın 3-də kəşfiyyatın mətbuata qapalı toplantısında iştirak edəcək.

 

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, Donald Trampın hərbiçilərdən sonra kəşfiyyatçılarla görüşü diqqət mərkəzindədir:

 

“Belə ki, görüşdə Müdafiə Nazirinin bəyənatına diqqət yetirsək burda müharibəyə hazırlaşmaqla bağlı bəyənatlar verilib və bu o deməkdir ki, Amerika ordusunun döyüş qabiliyyətini artırması ilə bağlı ciddi addımlar atmaqdadır. Bu tapşırıqlar həm də gərginliklərlə bağlıdır. İsrail-İran qarşıdurması, o cümlədən Rusiya-Ukrayna savaşından dolayı Avropada yaranmış gərginliklər və s. kimi məsələlər diqqət mərkəzindədirlər. Əlbəttə ki, kəşfiyyatçılarla toplantı keçirmək Trampın səlahiyyətində olan bir məsələdir, amma eyni zaman da Prezident məhz kəşfiyyatçılarla eyni toplantıda onlara artıq yeni dünya sistemində vəzifələri ilə bağlı məsələlər müzakirə olunacaq. İstənilən dövlətin əsas sütun və dayaqlarından biri kəşfiyyat olduğunu nəzərə alsaq bu toplantıdan Prezidentə veriləcək məlumatlar və müzakirələrdə alınacaq qərarlar beynəlxalq münasibətlər sistemində öz təsirini ciddi şəkildə göstərəcək. Çünki ABŞ dünyanın hazırda əsas qlobal üzüdür və onun qərarları bütün dünyadakı siyasətə bu vəya digər formada öz təsirini göstərir. Bu toplantıda ABŞ-nin xarici siyasətinə necə təsir göstərir, şübhəsiz ki, Amerika xarici siyasəti Tramp hakimiyyətə gələndən müəyyən qədər həm aktiv rola malikdi, həm də biraz daha sərt görünən aqresiv tipli xarici siyasətdir. Hesab edirəm ki, bu toplantı ABŞ xarici siyasətində hansısa ciddi dəyişikliklərə gətirib çıxarmayacaq. Çünki Amerikanın daxili və xarici siyasəti yalnız hansısa şəxsin deyil, Amerikanın dövlət strukturlarının müəyyən etdiyi xətt üzrə getməkdədir. Əslində bu toplantı həm də müəyyən qədər mesaj xarakteri daşıyır, çünki kəşfiyyat onsuzda bənzər şəkildə dövlət başçısını baş verənlərlə bağlı bilgiləndirir. Xarici siyasətdə ciddi dəyişikliklərə səbəb olacağını düşünmürəm. Bu toplantı ABŞ-nin Çin və Rusiya ilə münasibətlərinin gərginləşdirə bilərmi dedikdə isə bu münasinətlər onsuzda hamar deyil. Bu toplantı düşünmürəm ki, Çin və Rusiya münasinətlərinə bundan sonra da hansısa formada çox ciddi təsir etsin, çünki bu toplantıya qədər də, bundan sonra da hər zaman olduğu kimi kəşfiyyat zaman-zaman ən məxfi məlumatları, ən vacib məsələləri prezidentin diqqətinə çatdırır və dövlət siyasəti, xarici siyasət formalaşdıqda belə onların təklifləri, tövsiyyələri ciddi şəkildə nəzərə alınır”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər